!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan bayramında fitnə salanlar cəzalandırılacaq

!Reklam – Yazi

28 iyulu bayram elan edənlər arasında nurçu və radikal xəvariclərin üstünlük təşkil etməsi dövlət qurumlarını hərəkətə keçirib

1404449798_axar.az1404448514lezgi-mesciidiRamazan bayramı bitsə də, qalmaqalı davam edir. Qafqaz Müsəlmanları İdarəsinin rəyinin əleyhinə, 28 iyulda bayram edilməsində təkid edənlər cızalandırılacaq. Azerinfo.org-a daxil olan məlumata görə, artıq ölkənin şimal bölgəsində araşdırmalar başlayıb.

Artıq bir sıra məscid imamları vəzifəsindən uzaqlaşdırılıb və bəziləri də ağır pul cəriməsi ilə cəzalandırılıb. Mənbənin sözlərinə görə, 28 iyulu bayram elan edənlər arasında nurçu və radikal xəvariclərin üstünlük təşkil etməsi dövlət qurumlarını hərəkətə keçirib.

Araşdırma zamanı bəlli olub ki, Ramazan bayramının gününün təyin olunması məsələsində ixtilaf salınması xaricdən idarə olunub. Əsas hədəf Azərbaycanda dini sabitliyin pozulması olub. Çünki istər Türkiyə, istər İran, istərsə də digər ölkələr Ramazan bayramını özləri təyin edir. Məsələn, nurçuların israrla örnək verdikləri Türkiyə Ramazan bayramını bir il öncədən elan edir. Və ya Yəməndə 28 iyunda ayın görülməsinə baxmayaraq, Yəmənlə qonşu heç bir ölkə, o cümlədən Səudiyyə Ərəbistanı Ramazanı başlamadı. Ümumilə, islam alimlərinin yekdil rəyi budur ki, ayın görülüb-görülməməsinə baxmayaraq, hər kəs öz ölkəsi ilə Ramazan ayına başlayıb, bayram etməlidir. Burada əsas ölkə dindarlarının birliyi əsasdır. Belə olan təqdirdə, Azərbaycanda bu birliyin hər il pozulması artıq dövlət qurumlarını da narahat etmişdir.

Nurçu və xəvaric imamların və araqarışdıranların hər il dini birliyi pozmalarının cəzasız qalması ciddi problem olaraq qalmaqdadır. Başqa dövlətlərin sevinclə bayram etdikləri Ramazanda bizim bir-birimizi ittiham etməyimizə də son qoyulmalıdır. Hazırki prosses də bu məsələnin həllinə yönəlib.

Əgər ciddi şəkildə bu problem həll olunacaqsa, QMİ də ciddi addımlar atacaq. Çünki bu zamana qədər bu ikitirəliyin davam etməsində dini idarənin də günahı böyükdür. Belə ki, Əlixan Musayev, Mübariz Qarayev kimi xəvariclər hər il eyni ixtilafı saldıqları halda Səudiyyə Ərəbistanı onlara arxa çıxdığı üçün bu şəxslər cəzalandırılmır. Əksinə, həcc rəhbəri təyin olunur və onlara kvota ayrılır ki, bu da onlar üçün vazkeçilməz mükafatdır.

Xəvariclərin toplaşdığı “Ləzgi”, nurçuların toplaşdığı “Qala” məscidi, Qobustanda Simirov Üzeyir adlı radikal vəhhabi xəvaric liderin həyətində tikdiyi məscid 28 iyulda bayram namazı qılaraq, QMİ-yə meydan oxudular. Bu səbəbdən də QMİ-nin çözə bilmıdiyi üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi bu işi çözmək niyyətindədir.

azerinfo.org

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv