Ramil Şeydayev cəzalı duruma düşə bilər

media-hightechnic-468x90

Azərbaycan millisinin və Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev sarı vərəqə limitindədir.

Yenicag.az xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə I Liqasında “Ümraniyəspor”a qarşı keçirəcəkləri XXXI tur matçında rəsmi xəbərdarlıq alacağı təqdirdə cəzalı duruma düşəcək. Nəticədə o, növbəti turun “Bandırmaspor”la ev qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

“Giresunspor”a qalib gəldikləri (2:0) görüşün 16-cı dəqiqəsində cəzalandırılan təcrübəli forvardın passivində hazırda 3 sarı vərəqə var.

Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm Kocaeli təmsilçisinin heyətində ümumilikdə 11 matçda 1 qolla yadda qalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600