!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ramil Usubovdan yeni rəis təyinatları

!Adviad

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Yenicag.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

ONA

www.yenicag.az

8750
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100