Razi Nurullayevdən AĞIR TƏHQİR: “Ata-anasını tanımayanlar...” - FOTO

media-hightechnic-468x90

Milli Məclisin deputatı Razi Nurullayev onun adından “yalan məlumat yayanlara” səslənib.

Yenicag.az xəbər verir ki, son günlər müxtəlif mövzularda tez-tez gündəmə gələn parlamentin deputatı Razi Nurullayev onu hədəfə alanları təhqir edib.

Deputat özünün “Facebook” hesabından etdiyi paylaşımda nəzərdə tutduğu şəxslər haqqında “ata-anasını tanımayanlar” ifadəsini işlədib:

“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olur-olsun ata-anasını tanımayanlardır.

Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600