!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regiona təhdidlərlə bağlı DANIŞIQLAR: “Əgər bu müharibə olarsa...” - Hərbi təyyarələr İrana silah-sursat daşıdı

!Reklam – Yazi

“Şoyqunun İrandan sonra Azərbaycana səfəri regiona təhdidlərlə bağlı danışıqların aparılmasından xəbər verir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya Thlükəsizlik Şurasının sdəri Sergey Şoyqunun İrana və ardından Azərbaycana səfərini dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Şoyqunun Azərbaycana səfəri gözlənilən idi.

“Rusiya prezidenti Vladimer Putinin İrana rəsmi səfəri zamanı İranla Rusiya arasında strateji müttəfiqlik müqaviləsi imzalandı. Həmin müqavilədə tərəflərdən birinə üçüncü bir ölkə tərəfindən təhdid yaranarsa, hərbi yardımın edilməsi haqqında müddüa var. İsraillə İran arasında gərginlik pik həddinə çatıb. İranla İsrail qarşıdurması regionun alovlanmasına xidmət edə bilər. Şoyqunun İrana səfəri zamanı yüksək səviyyədə görüşlər keçirildi. Səfərdən əvvəl də Rusiyadan hərbi təyyarələr İrana silah-sursat daşımışdı. Bu barədə dünya mətbuatında informasiyalar yayılıb”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, Azərbaycan da region dövlətidir.
“Rusiya-Ukrayna müharibəsindən əvvəl Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi imzalandı. Faktiki olaraq, Azərbaycan Rusiyanın rəsmən müttəfiqi oldu. Şoyqunun İrandan sonra Azərbaycana səfəri regiona təhdidlərlə bağlı danışıqların aparılmasından xəbər verir. İranla Azərbaycan qonşudur. İran əhalisinin yarıdan çoxu Azərbaycan türkləridir. İranla İsrail arasında müharibə alovlanarsa və İranın ərazisi vurularsa, Azərbaycanda da vəziyyət gərginləşə bilər. Soydaşlarımızın qaçqın düşməsi, Azərbaycana axın etməsi mümkündür. Ona görə də, Şoyqunun səfəri gözlənilən idi. Region təhlükə altındadır”, – deyə o bildirib.

Y.Bağırzadənin sözlərinə görə, Rusiya çalışacaq ki, İranla İsrail müharibəsi baş verməsin:
“Əgər bu müharibə olarsa, Rusiya qoşula bilər, çünki öhdəlik götürüb. Rusiyanın İran atəsiri böyükdür. Əgər yeni bir cəbhə açılacaqsa, bu, Rusiya üçün ağır olacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv