Regional gücdən qlobal aktora çevrilən TÜRKİYƏ: "Belə statusu heç bir ərəb dövləti daşımır"

media-hightechnic-468x90

“Türkiyənin Suriya üzərində təsiri İranın bölgədəki mövqelərini də balanslaşdırır”.

Bunu Türkiyənin Suriya həbrçilərinə təlim keçməsi barəədə Yenicag.az-a danışan politoloq Tural İsmayılov deyib.media-turalismayilov1

Politoloq bildirib ki, Türkiyənin Suriya hərbçilərinə təlim keçməyə başlaması bölgədə güc balansının dəyişdiyinin bariz nümunəsidir:

“Bu addım sadəcə hərbi əməkdaşlıq deyil, həm də siyasi mesajdır – Ankara Yaxın Şərqdə təkcə oyunçu yox, oyunu quran mərkəzə çevrilir. Türkiyə illərdir, həm NATO-nun, həm də regionun ən önəmli ordu gücünə sahibdir. Həmin imkanını isə indi diplomatik təsir alətinə çevirir.

Suriya əsgərlərinin Türkiyə məktəbindən keçməsi onların gələcəkdə Ankara ilə koordinasiyalı davranmasına zəmin yaradır. Bu, Türkiyəyə bölgədə strateji dərinlik qazandırır. Ən əsası, Türkiyə artıq “vasitəçi ölkə” deyil, birbaşa “təlimatçı dövlət” statusunu qazanır. Belə statusu heç bir ərəb dövləti daşımır, yalnız Ankara nümayiş etdirə bilir.

Əlavə olaraq, Türkiyənin Suriya üzərində təsiri İranın bölgədəki mövqelərini də balanslaşdırır. ABŞ və Rusiya kimi oyunçuların belə Türkiyənin bu rolunu etiraf etməsi qaçılmazdır. Çünki Suriyada gələcək hərbi-siyasi nizamın əsası məhz Türkiyənin hazırladığı kadrlarla qoyulacaq.

Bu proses həm də Türkiyənin “yumşaq güc”ünün sərt güclə birləşməsidir. Ordusu güclü, diplomatiyası çevik, iqtisadiyyatı dayanıqlı olan ölkə bölgədə liderlik iddiasını praktik olaraq sübut edir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa