!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsm müsabiqəsinin iki mərhələsi arxada qaldı

!Reklam – Yazi

Seymur Verdizadə: “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinə 40-dan çox müraciət daxil olub”.

“Xəbər verildiyi kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə həyata keçirir. QHT Agentliyinin “Heydər Əliyev ili” çərçivəsində gerçəkləşdirilən bu layihə özündə bir sıra istiqamətləri ehtiva edir. Həmin istiqamətlər üzrə bu günə qədər müvafiq iş planına əsasən bütün zəruri addımlar atılıb”.

Bunu layihə rəhbərinin köməkçisi Seymur Verdizadə deyib.

O, qeyd edib ki, layihəyə uyğun olaraq Heydər Əliyev haqqında istər Azərbaycanın ictimai-siyasi xadimləri, istərsə də türk dövlətlərinin nüfuzlu ziyalılarının, ictimai-siyasi xadimlərinin fikirləri əsasında hazırlanan məqalələrdən 3-ü yerli KİV-də, o cümlədən, Türkiyənin media orqanlarında dərc olunub:

“Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun Heydər Əliyevin fəaliyyəti və onun Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinə verdiyi töhfədən bəhs edən fikirlərinin yer aldığı 4-cü məqalə də artıq yayımlanmağa hazırdır”.

S.Verdizadə əlavə edib ki, layihə çərçivəsində reallaşdırılan daha bir addım isə rəsm müsabiqəsinin təşkilidir:

“Layihə çərçivəsində mövzu ilə əlaqədar məktəblilər və gənclər arasında rəsm müsabiqəsi də elan olunmuşdu. Bizim üçün də çox əlamətdardır ki, bu müsabiqə böyük maraqla qarşılandı və 40-dan çox müraciət daxil oldu. Ancaq bu müraciətlərin bir qismi qaydalara uyğun olmadığına görə onlara elə ilkin mərhələdə mənfi cavab verildi. Onu da vurğulayım ki, iştirakçıların müsabiqəyə daha rəngarəng rəsm əsərləri təqdim etmələri üçün müxtəlif istiqamətlər təklif edilmişdi. Yəni müsabiqəyə Heydər Əliyev və türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, türk dünyasının ortaq dəyərləri, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin türk dünyasına müsbət təsiri və s. bu kimi mövzuları əhatə edən əsərlər qəbul edildi”.

Qeyd edilib ki, layihənin rəsm müsabiqəsi üzrə işlər eksperti Ülkər Babayevanın rəhbərliyi ilə əsərlərin qəbulu və ilkin baxış prosesi yüksək səviyyədə həyata keçirilib:

“Müsabiqənin ilk iki mərhələsi artıq yekunlaşdırılıb. Birinci mərhələ rəsm əsərlərinin qəbulu, ikinci mərhələ isə son iyirmi finalçının müyyyən edilməsindən ibarət oldu. Bir məqamı da diqqətə çatdırım ki, dahi şəxsiyyət Heydər Əliyevin uşaqlara və yaradıcı gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını nəzərə alaraq, mükafatlandırma günü iyirmi finalçı ilə yanaşı, növbəti sıralamadakı on iştirakçının əsərlərinin də foyedə sərgilənməsi qərara alınıb. Düzdür, bu qərar mükafatçıların sayına təsir göstərməsə də, tədbir günü müsabiqəyə qatılan otuz iştirakçının rəsm əsərləri sərgilənəcək. Müsabiqənin qaliblərinə gəldikdə isə onlar 1 birinci, 2 ikinci və 3 üçüncü olmaqla, sonuncu – üçüncü mərhələdə müəyyənləşəcək. Bu barədə qərar yaxın vaxtlarda qəbul olunacaq”.

“Nəhayət, onu da deyim ki, layihə çərçivəsində iki beynəlxalq konfrasnın keçirilməsi də nəzərdə tutulub. Hazırda həmin konfranslara son hazırlıq işləri davam edir” deyə, S.Verdizadə əlavə edib.

COP29

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv