Roma Papasından Stokholmda Quranın yandırılmasına reaksiya

media-hightechnic-468x90

Roma Papası Fransisk Stokholmda Quranın yandırılması ilə bağlı hadisədən qəzəbləndiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Əl-İttihad” qəzetinin baş redaktoru Həməd əl-Kaabiyə müsahibəsində bildirib.

“Bu cür hərəkətlərə görə qəzəblənirəm, iyrənirəm. Xalqın müqəddəs saydığı istənilən kitaba dindarlara hörmət baxımından hörmətlə yanaşmaq lazımdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir” – deyə, Roma Papası qeyd edib.

Qeyd edək ki, iyunun 28-də Qurban bayramı günündə Stokholmun mərkəzindəki meydanında polisin icazəsi ilə Quranın yandırılması aksiyası keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600