!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rosneft” Türkiyə şirkətinə 4,6 milyon ton neft məhsulları göndərəcək

!Reklam – Yazi

Rusiyanın “Rosneft” şirkəri 2018 – 20-ci illərdə Türkiyənin “Demiroren Group Companies” şirkətinə 4,6 milyon ton neft məhsulları ixrac edəcək.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyanın “Rosneft” şirkəti və Türkiyənin “Demiroren Group Companies” şirkəti ilə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Rosneft” 2018 – 20-ci illərdə “Demiroren Group Companies” şirkətinə 4,6 milyon ton neft məhsulları göndərəcək.

“Rosneft”in rəsmi saytında yerləşdirilmiş məlumatda müqavilənin imzalanmasını şərtləndirən səbəblərə aydınlıq gətirilib:

“Yeni anlaşma tərəflərin 2020-ci ilə qədər 4,6 milyon ton neft məhsullarının (3,6 milyon ton azkükürdlü dizel yanacağı və 1 milyon ton sıxılmış karbohidrogen qazı) ixracını nəzərdə tutan müqavilənin məqsədini müəyyənləşdirir. Bu müqavilənin reallaşacağı şəraitdə “Rosneft” “Demiroren Group Companies” şirkətinin neft məhsullarına illik tələbatının yarısını ödəmiş olacaq”.

Şirkətdən o da bildirilib ki, “Rosneft” Türkiyəyə ixrac edilən dizel yanacağının həcmini 11,3 faiz artıra bilər.

Yeniçağ.Az

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv