Rubio: "Trampın NATO-dan son dərəcə məyus olduğu sirr deyil"

media-hightechnic-468x90

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Prezidenti Donald Trampın Şimali Atlantika Alyansından son dərəcə məyus olması dünyada heç kimə sirr deyil.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Rubio bunu İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşünə yola düşməzdən əvvəl Mayamidə jurnalistlərə verdiyi açıqlamada deyib.

O, Avropadakı Amerika qoşunlarının sayının daha da azaldılması ehtimalı ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Rubio əlavə edib ki, bu suallara dövlət başçısı və ya Pentaqon cavab verə bilər.

“Bu, xarici işlər nazirlərinin görüşü olacaq. Bu məsələlərin bəzilərini müzakirə edəcəyik. Düşünürəm ki, ABŞ-nin, xüsusən də prezidentin hazırda NATO-dan ciddi şəkildə məyus olması təəccüblü deyil”, – Rubio əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05