Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ruhani: “İran və Azərbaycan arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib”

Reklam: High Technic

“Ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə İranı Prezidenti Həsən Ruhani deyib.

“Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox “Xoş gəlmisiniz” deyirəm. Sizi görməyə çox şadam.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc oldu. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”, – deyə İslam Respublikasının rəhbəri bildirib.

Yeniçağ.Az

www.yenicag.az

363