!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus qoşunundan geri ADDIM: “Ukraynadan yeni sürprizlər gözlənilir”- ŞƏRH

!Reklam – Yazi

“Rus qoşununun geri çəkilməsi yekunlaşmayacaq”.

Bunu Rusiya qoşunlarının geri çəkilməsi fonunda Ukrayna uğurunu şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, rus qoşunlarının Xersondan çəkilməsi taktiki addım deyil:

“Onlar həmin ərazidən məcburən çıxdı. Bu, Ukrayna ordusunun uğuru və nəzarəti tam ələ keçirdiyinin bariz nümunəsidir.

Rusiya Xersonun ilhaqını yaxın keçmişdə elan etdi, rusmeyilli qüvvələr hakimiyyət orqanlarında vəzifə ilə təmin olundu. Azad edilən ərazilərin böyük miqyasa sahib olması gələcək hadisələrin ümidverici olduğunu deməyə əsas verir.

Rus qoşununun geri çəkilməsi bununla yekunlaşmayacaq. Ukraynaya silah təchizatı məhdud həcmdə olsa da, davam edir. Ukraynadan yeni sürprizlərin gözləndiyini ehtimal etmək olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

21488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv