Rusdilli məktəblərə axın: Təhsil problemi, yoxsa sadəcə sosial trend?
“Azərbaycan məktəblərindəki problemlər rusdilli təhsilə meyl yaradıb.”
Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda rusdilli məktəblərin populyarlığı artmasının əsas səbəblərindən biri Azərbaycan məktəblərindəki problemlərdir.
“Azərbaycanda keyfiyyətli Azərbaycan dili məktəbinə ehtiyac var. Bir çox hallarda bu keyfiyyəti təmin edə bilmədiyimizə görə insanlarda belə bir düşüncə formalaşıb ki, ötən əsrin 70-80-ci illərində rus təhsili alanların daha çox uğur qazanır, daha geniş elmi mühitə çıxıb, geniş imkanlar əldə edir. Yəqin ki, insanlar müstəqillik dövründə də belə düşünür. Bu məsələdə ayrıca olaraq boşluq da yaranıb.”
Fazil Mustafa əlavə edib ki, son zamanlar Azərbaycan dilli məktəblərdəki çətinliklər və rus dilinin moda olması ailələri övladlarını rusdilli məktəblərə yönəldir:
“Həm də son zamanlar Azərbaycan dilli məktəblərdəki problemlər rusdilli təhsilə meyl yaradıb. Son olaraq bir az da rus dili moda düşdüyü üçün ailələr övladlarını rusdilli məktəblərə qoyurlar.”
Nurlan Cəfəri