Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

media-hightechnic-468x90

Azərbaycan və Ermənistanın MDB-yə üzvlü ilə bağlı heç bir təhlükə yoxdur.

media-banner_tkm

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Rusiya rəsmisi iki ölkənin qurumdan çıxacağı ilə bağlı iddiaların heç bir əsasının olmadığını iddia edib:

“Təhlükə kimin tərəfindədir? Kimin üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. Mən “təhlükə” sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək”.

Pankin əlavə edib ki, Ermənistan və Azərbaycan birlik çərçivəsində müxtəlif səviyyələrdə qəbul edilən birgə bəyanatlara və sənədlərə müntəzəm qoşulurlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05