!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ermənistandakı səfirini Moskvaya ÇAĞIRDI: “Kreml İrəvanın bu addımına cavab verir”

!Reklam – Yazi

“Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılması kifayət qədər düşündürücü bir məqamdır. Lakin indiki halda, bunu şərtləndirən hansısa amil yox idi”.

Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Politoloq S. Kopırkinin geri çağırılması ilə bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında indi də çox gərgindir, lakin xüsusi bir hal müşahidə edilmirdi ki, Rusiya nəyəsə görə Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırsın:

“Böyük ehtimalla, bu hadisə Ermənistanın Qərblə yaxınlaşması çərçivəsində olsun. Yəni İrəvan hansısa bir formada Qərblə razılaşma əldə edib və Moskva sözügedən razılaşmaya reaksiya vermək və səfirlə məsləhətləşmələr etmək üçün onu geri çağırıb”.

Z. Əmrəliyev xatırladıb ki, Ermənistan sərhədlərini qoruyan rus hərbçiləri artıq həmin ərazilərdən çıxarıldılar:

“Ola bilsin ki, Ermənistanın adıçəkilən tədbirinə cavab olaraq Kreml bu addımı atsın. Lakin hazırda bu məsələnin səbəbləri bilinmir. Eləcə də Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı heç bir açıqlama vermədi, o cümlədən, rəsmi İrəvanda da bununla bağlı hər hansı bir şərh mövcud deyil. Hətta Ermənistan mətbuatında da konkret həmin məsələ ilə əlaqədar informasiya yoxdur ki, Rusiya niyə anidən öz səfirini geri çağırdı”.

“Yəqin ki, yaxın zamanlarda Rusiya tərəfindən bununla bağlı açıqlamalar yayımlanacaq və onun əsasında prosesləri müəyyənləşdirə bilərik. Bundan əlavə, Rusiya Ermənistanla bağlı olan siyasətinə baxmaq üçün də Kopırkini geri çağıra bilər. Amma iş burasındadır ki, bu məsələ bir səfirin geri çağırılması ilə həll ediləcək bir məsələ deyil. Düşünürəm ki, Rusiya tərəfindən verilən açıqlamanın nəticəsində məsələnin mahiyyəti aydın olacaq”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv