!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya iqtisadiyyatını gözləyən BÖYÜK KOLLAPS: Bu, Azərbaycana necə təsir edəcək?

!Reklam – Yazi

Yapon əsilli məşhur amerikalı filosof, siyasi-iqtisadçı və geosiyasi analitik Frensis Fukuyama özünün “Twitter” səhifəsində yaxın günlərdə Rusiya iqtisadiyyatının böyük kollaps yaşayacağını bildirib. O, Böyük Rusiya Kollapsının detallarını açıqlamasa da, bununla bağlı xəbərdarlıq edib.Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatının zəifləməsinin Azərbaycana təsirləri olsa da, bu təsirlər ciddi zərərə səbəb olmayacaq:

“Rusiya iqtisadiyyatında böyük kollapsın yaşanacağı gözləniləndir. Lakin bunun yaxın zamanlarda baş verəcəyi real görünmür. Yaxın zamanlarda kollapsın yaşanması üçün hazırkı şərait münbit deyil. Rusiyanın mövcud hərbi, iqtisadi və siyasi imkanları bu vəziyyətin yaşanmasına imkan vermir. Fikrimcə, Rusiyada kollapsın baş verməsi Ukraynadakı müharibənin nəticəsindən sonra məlum olacaq. Əgər müharibə davam etsə, Rusiya iqtisadiyyatının aqibətini 2023-cü ilin son aylarında aydın görmək mümkün olacaq.

Bütün hallarda, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycanla iqtisadi əməkdaşlığa təsirsiz ötüşmür. Çünki ölkəmizin idxalında əsas yeri tutan Rusiyadır. İxracatda isə Rusiya üçüncü yerdə müəyyənləşir. Bundan başqa, azərbaycanlıların Rusiyada müəyyən əmək fəaliyyəti ilə məşğul olduqlarını unutmaq olmaz. Belə ki, təxminən 500-700 min arası insan birbaşa ölkəyə vəsait göndərir. Mövcud şəraitdə bu istiqamətdə azalmalar müşahidə olunsa da, Rusiyada kollapsın yaşanması yaxın dövr ərzində ölkəmizə də mənfi təsir edəcək. Lakin uzun perspektivdə Azərbaycan üçün faydaları da olacaq”.

Gülşən Şərif

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv