Rusiya mətbuatı: “Baku-2015″-in açılış mərasimi hər kəsi heyran etdi”

media-hightechnic-468x90

img1835066Rusiyanın vzglyad.ru saytı Avropa Oyunlarının açılış mərasimi haqqında məlumat yayıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, sayt artıq “Kiçik Olimpiada” adını almış Avropa Oyunlarının açılış mərasiminin öz orijinallıq və gözəlliyi ilə hər kəsi heyran etdiyini yazıb: “Məhz bu mərasim üçün inşa olunmuş Olimpiya stadionunda 70 min nəfərlik yerin hamısı dolmuşdu. Azərbaycanın tarixindəki ən möhtəşəm şou insanların gözlərini qamaşdırırdı. Burada rəngarəng lazer şousu, professional rəqs və sirk qruplarının çıxışları, milli Azərbaycan üslubunda geyimlərlə səhnəciklər, minlərlə hava şarı, hətta gün tutulmasını da görmək mümkün idi. Şouda iki min nəfər iştirak edirdi”.

Sayt həmçinin qeyd edib ki, şounun ən parlaq qonağı Con Lennonun “Imagine” mahnısını ifa edən dünya ulduzu Ledi Qaqa olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa