!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya o karikaturaların yayımlanmasına QADAĞA qoydu

!Reklam – Yazi

yenicag.az_putinRusiya İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidməti (Roskomnadzor), dini öndərləri təhqir edən karikaturaları yayınlayanları cəzalandıracaq.

Yenicag.az-ın məlumatına görə, Roskomnadzordan verilən açıqlamada bildirilir ki, müsəlmanların dini duyğularını incidən karikaturaların mediada nəşri yolverilməzdir. Təşkilatın Kamçatka şəhərində yerləşən bürosundan yerli mediaya göndərilən məktubda “dini liderlərin təhqir olunduğu bütün karikaturalara” qadağa qoyulması istənildi.

Kamçatkadaki jurnalistlərdən Vladimir Efimov təşkilatın göndərdiyi sənədi öz Facebook səhifəsində paylaşıb. Məktubda mediaya dini liderlərə aid karikaturaların çəkilməməsi və xarici qaynaqlı bu tərz karikaturaların yayınlanmaması istənilir. Roskomnadzora görə, bu tələbə əməl olunmaması radikallıqla mübarizə qanununu pozan fəaliyyət olaraq qəbul ediləcəkdir.

Rusiya Dumasındaki Liberal Demokrat Partiya qrupu da, Rusiya adına dünyadakı media quruluşlarına müsəlmanları təhqir ediən yazı və karikatura yayınlamamaları üçün ərizə yazmağa hazırlaşır.

Qeyd edək ki, Fransadakı hadisədən sonra “Yukos” şirkətinin keçmiş rəhbəri, rus yəhudisi Xodorkovski “Əgər media özünə hörmət göstərirsə, sabahdan Peyğəmbər karikaturalarını bütün qəzetlər yayınlamalıdır” açıqlamasını vermişdi. Çeçenistan lideri Ramzan Kadırovun düşmən elan etdiyi Xodorkovski üçün Jrinovskinin partiyasından olan millət vəkili Ivan Suxarev cinayət işi açılmasını tələb edib.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv