Rusiya ordusunun generalı Suriyada həlak oldu

Rusiyanın general-mayor rütbəsində olan baş hərbi məsləhətçisi Suriyada avtomobil karvanının partladılması zamanı həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, Rusiyanın daha iki hərbçisi xəsarət alıb. Hadisə Deyr əz-Zor yaxınlığında humanitar aksiyanın keçirilməsindən sonra avtomobil karvanının qayıtdığı zaman yol kənarında baş verib. Burada əldəqayırma partlayıcı qurğu işə düşüb.

General-mayor təcili evakuasiya edilib və tibbi yardım göstərib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, ölümündən sonra Dövlət Mükafatına təqdim edilib.

Müdafiə Nazirliyində həlak olanın ailəsinə bütün lazımi kömək göstərəcəklərini bildiriblər.

COP29