Rusiya taxılın ixrac ediləcəyi Odessanı yenə raketlə vurdu - Zelenskidən CAVAB 

media-hightechnic-468x90

Rusiya taxıl sazişindən sonra Odessaya ikinci dəfə raket zərbələri endirib.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb.

Sosial media hesabında açıqlama verən Zelenski, “Bu səhər adi bir kənd olan Zatoka raket zərbələrinə məruz qaldı. Zatoka kəndi sadəcə insanların yaşadığı yerdir. Orada nə baza, nə də əsgər var. Rusiya Federasiyasından olan terrorçular kəndə raket atıblar. Onlar hər şeyə cavabdeh olacaqlar”, – yazıb.

Qeyd edək ki, Rusiya şənbə günü Ukraynanın cənubundakı Odessa limanına hücum edərək, Qara dənizdən taxıl daşımalarının bərpası ilə bağlı beynəlxalq razılaşmanı sual altına qoyub. Maraqlıdır ki, Rusiya həmin raket hücumunu boynundan atır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600