Rusiya Xarici İşlər Nazirliyi Ağ Evin Krımla bağlı bəyanatına münasibət bildirib.
Yeniçağ.Az-ın Sputnik-ə istinadən verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Moskva öz ərazilərini qaytarmır: “Biz öz ərazimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”.
Qeyd edək ki, Ağ Evin sözçüsü Şon Spayser prezident Donald Trampın Rusiyanın Krımı geri qaytaracağını gözlədiyini söyləyib.
Yeniçağ.Az