!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya yanacağından asılı vəziyyətdə olan Macarıstanın qoyduğu vetonu geri çəkməsi....” – RƏY

!Reklam – Yazi

“Görünür, indi elə bir vəziyyət yaranıb ki, Macarıstanın bu məsələdə manevr etmək, Rusiyadan yanacaq alışını dayandırmamaq üçün imkanları qalmayıb”.

Bu fikirləri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyan alyansdakı 2 ölkədən biri olan Macarıstanın Baş naziri Viktor Orbanın sözügedən qərarını dəyişməsinin səbəblərinə toxunan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədən fərqli olaraq, Macarıstanın bu məsələdə geri çəkilməsində gözlənilməzlik yoxdur:

“Bildiyiniz kimi, dənizə çıxışı olmayan Macarıstan Rusiya yanacağından çox asılı vəziyyətdədir. Macarıstanda hələ ötən dövrlərdə inşa edilmiş böyük neft emalı zavodu Rusiyadan alınan iri həcmdə xammalı emal edərək, həm öz tələbatını ödəyirdi, həm də qonşu ölkələrə yanacaq satırdı.

Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Macarıstan rəhbərliyi bu sanksiyaya qoşulmasının mümkün olmadığını müttəqfiqlərinə başa sala bildi. Bu halda Macarıstana və bir neçə başqa ölkəyə Rusiyadan yanacaq almağa icazə verildi.

Görünür, indi elə bir vəziyyət yaranıb ki, Macarıstanın bu məsələdə manevr etmək, Rusiyadan yanacaq alışını dayandırmamaq üçün imkanları qalmayıb. Ona görə də bu ölkənin Baş naziri İsveç və Finlandiyanın NATO-ya götürülməsinə qoyduğu vetonu geri çəkməyə razılaşıb. Başqa bir səbəb görmürəm.

Bəli, Macarıstan Türkiyə deyil. Onun öz mövqeyində sona qədər qalması üçün Türkiyə qədər geniş imkanları yoxdur. Ərdoğan veto qoymasının səbəbini ABŞ-yə açıq mətnlə deyir, İsveçlə Finlandiyanın terrorçulara sığınacaq verməyə son qoymalarını tələb edir və mövqeyini dəyişmir”.

A.Zeynalov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv