Rusiyada 160 min nəfər hərbi xidmətə göndərildi
Rusiyada yaz çağırışı zamanı 160 min nəfər hərbi xidmətə göndərilib.
Yenicag.az xəbər verir ki, bunu Rusiya silahlı qüvvələrinin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanskiy bildirib.
Onun sözlərinə görə, orduya payız çağırışı Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq:
“Payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək”.
Rusiya MN rəsmisi payızda hərbi xidmətə çağırışın “xüsusi hərbi əməliyyat”la bağlı olmadığını da vurğulayıb.
O, eyni zamanda, Rusiyada çağırışçıların hərbi xidmət müddətinin dəyişməyəcəyini də qeyd edib:
“Müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılaraq yaşayış yerlərinə göndəriləcəklər. Çağırışçılar yalnız Rusiya daxilində birlik və hərbi birləşmələrə göndəriləcək. Çağırışçılar “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarına cəlb olunmayacaq”.