Rusiyada bir gündə 279 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 380 min nəfəri keçib.

Yenicag.az xəbər verir ki, ölkədə son sutka ərzində 14 922 nəfər virusa yoluxub, 279 nəfər isə həyatını itirib.

Bu günə qədər ölənlərin sayı 24 002 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 065 199 nəfər virusdan sağalıb, 295 034 nəfərin müalicəsi isə davam edir.