Rusiyada həbsdə olan mer istefa verdi

media-hightechnic-468x90

Korrupsiyada ittiham olunan həbs edilən Krasnoyarsk meri Vladislav Loginov istefa ərizəsini şəhər şurasına təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər şurasının sədr müavini Andrey Kozikov açıqlayıb.

Onun sözlərinə görə, ərizəyə növbəti sessiyada baxılacaq.

Loginov 180 milyon rubldan artıq rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Artıq Rusiya Federasiyasının İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı ağır maddə ilə cinayət işi açıb. Məmura qarşı ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, 2018-2024-cü illərdə ardıcıl olaraq Krasnoyarskın birinci müavini, sonra isə meri vəzifələrində çalışarkən Loginov bu məbləği kommersiya qurumunun baş direktorundan alıb./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa