Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.
Yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.
Qəza ilə bağlı cinayət işi açılıb.
www.yenicag.az