BMT Somali üçün humanitar yardım planı hazırladı

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təşkilatı (BMT) Somali üçün 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.

Onun sözlərinə görə, tələb olunan yardımın həcmi 2025-ci il hədəfindən 40% azdır. Ümumilikdə dəstəyin 2,4 milyon insana çatacağı gözlənilir.

Dujarrik maliyyələşdirmənin azalmasının humanitar ehtiyacların azalması ilə deyil, məhdud resurslarla bağlı olduğunu bildirib. Bununla da humanitar yardıma ehtiyacı olanların yarısından azı 2026-cı il planı çərçivəsində onu ala biləcək.

Keçən il planın yalnız 27%-i maliyyələşdirilib və Somaliyə tələb olunan 1,4 milyard dollardan 397 milyon dolları humanitar yardım üçün ayrılıb./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05