Ərdoğan Trampla Qəzza Sülh Şurasının fəaliyyətini müzakirə etdi

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasınn Kommunikasiya İdarəsi Məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh Şurası ilə bağlı proses və müdafiə sənayesi başda olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.

“Ərdoğan Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini qeyd edib və bildirib ki, bütün sahələrdə münasibətlərin daha irəli səviyyələrə daşınması hər iki ölkənin ortaq mənafeyinə uyğundur”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Türkiyə lideri Suriyada atəşkəs və inteqrasiya anlaşmasının tam şəkildə yeirnə yetirilməsinə böyük önəm verdiyini qarşı tərəfin diqqətinə çatdırıb və prosesi həm ABŞ, həm də Suriya rəsmiləri ilə əlaqəli şəkildə yaxından izlədiklərini bildirib.

“Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitar fəlakətin sonlandıracağına və Qəzzanın bərpası ilə bölgədə davamlı sülhün bərqərar olacağına inandığını söyləyib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl suriyalı həmkarı Əhməd Əl Şaraa ilə “möhtəşəm” danışıqlar apardığını bildirmişdi.

Onu da bildirək ki, Suriya Prezidenti yanvarn 28-də Rusiyaya səfər edəcək./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa