Rusiyada McDonald’s-ın yeni adı “Dadlı – vəssalam” olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə şəbəkənin baş direktoru Oleq Paroyev məlumat verib.
McDonald’s Rusiyadakı bütün 850 restoranının fəaliyyətini martın 14-də Ukraynada xüsusi hərbi əməliyyata başlayandan az sonra dayandırıb. Mayın 16-da iaşə bazarında payı 7%-ə çatan şirkət Rusiyadan çıxdığını elan etdi və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin vasitəçiliyi ilə müəssisəni rus sahibinə satdı. Alıcı iş adamı Aleksandr Qovor idi.
Şəbəkə yeni brend və yeni menyu adları ilə fəaliyyət göstərəcək və bütün işçilər ən azı iki il “ekvivalent şərtlərlə” yerlərini qoruyacaqlar. Moskva meri Sergey Sobyanin bildirib ki, yenilənmiş şəbəkədə adi McDonald’s menyusu saxlanılacaq. Açılışdan bir neçə gün əvvəl yenilənmiş şəbəkə loqonu təqdim etdi və reklam kampaniyasına başladığını elan etdi. İyunun 12-də yenilənmiş şəbəkə Puşkinskaya meydanında flaqman McDonald’s da daxil olmaqla, Moskva və regionda 15 satış məntəqəsini açdı.
www.yenicag.az