Rusiyadan Ermənistana XƏBƏRDARLIQ
Ermənistan rəhbərliyinin son addımları Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna ziddir və bu münasibətlərdə sistemli dəyişikliklər riski daşıyır.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.
“Son vaxtlar Ermənistan rəhbərliyi Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin ruhuna aşkar surətdə zidd olan və bu münasibətlərdə sistemli dəyişikliklər riski daşıyan bir sıra addımlar atıb”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu cür addımlara qarşı mənfi münasibətini əvvəllər “tamamilə səmimi tərəfdaşlıq şəraitində Ermənistan tərəfinə bildirib”.













