!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanı “ümidləndirən” İran PUA-ları: “Səs-küylüdür və onu aşkar etmək mümkün olur”

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüzünü dayandırmayan Rusiya müharibədə qanadlı raketlərdən istifadəni azaldıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyanın Ukrayna ilə savaşda qanadlı raketlərin əvəzinə yararlandığı İran PUA-ları özünü doğrultmur.

Məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri artıq İran istehsalı olan 16 kamikadze-dronu məhv ediblər.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnatın açıqlamasında qeyd olunub.

O, əlavə edib ki, savaşda qənaət məqsədilə qanadlı raketlərdən istifadəni azaldan Rusiyaya İrandan aldığı kamikadze-dronlara üstünlük verməkdədir.

İqnatın sözlərinə əsasən, Rusiya İran dronlarından Ukraynanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün yararlanır. Sözçü bildirib ki, İran PUA-ları uçuş zamanı çox səs edir və radarların onu aşkar etməsi mümkün olur”.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv