!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın 10 təyyarəsi SAXLANILDI - SƏBƏB 

!Reklam – Yazi

Almaniya aerodromlarında rusiyalı sahibkarlara və Rusiyanın nəzarət etdiyi şirkətlərə məxsus 10 təyyarə var.

Yenicag.az “Alman dalğası”na istinadən xəbər verir ki, biznes və çarter reyslər üçün istifadə edilmiş bu təyyarələr arasında Leypsiqdə 3 “An-124”, Kölndə “Bombardier BD-100-1A10 Challenger 300” və “Boeing 737”, Frankfurte-Xanedə “Boeing 747”, Baden-Badendə “Cessna 750 Citation X” və 2 “Embraer ERJ-B3 BD 1A10 Global Express XRS” var.

Bundan əlavə, Münhendə “Airbus A320” saxlanılıb. Bu təyyarə Rusiya şirkəti tərəfindən icarəyə götürülüb. Təyyarənin gələcək taleyi ilə bağlı təyyarənin sahibi qərar qəbul etməlidir.

Bu təyyarələr sanksiyalar səbəbindən Almaniyanı tərk edə bilmir. Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra fevralın 27-də Almaniya səmasını Rusiya aviasiyası üçün bağlayıb.

 

www.yenicag.az

230
Ads
www.veteninfo.com
!Reklam – Arxiv