!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Qarabağda “xəritə avantürası”nın təkrarlanmaması üçün...” – Hərbi ekspert

!Reklam – Yazi

“Qarabağda gizlənən hərbçilərin tərksilah edilərək Ermənistana göndərilməsi ləngidilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin “xəritə avantürası”na münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiyadakı bəzi dairələr Qarabağda vəziyyətin yenidən kəskinləşməsində hansısa qaynamanın olmasını istəyir:

“Ermənilər öncə 3 əsgərimizi şəhid edib, ardınca daha birini, sonra isə mülki rabitə işçisini ağır yaralayıblar. Bu təxribatın törədilməsində əsas məqsəd xof, təşviş yaratmaqdır. Eyni zamanda, məlum insidentin baş verdiyi ərazi Füzuli-Şuşa yolunun üzərindədir. Onlar bunu etməklə həmin yoldan istifadəni mədudlaşdırmaq niyyəti də güdürlər”.

Hərbi ekspertin sözlərinə görə, erməni tərəfinin bu addımından Rusiya sülhməramlıları öz məqsədləri üçün faydalanırlar:

“Bu hadisələr Rusiya sülhməramlılarının işinə yarayır. Müharibədən sonra xalq diplomatiyası ilə xalqlar arasında barışıq əldə oluna bilərdi. Bundan sonra isə artıq rus sülməramlılarına ehtiyac qalmayacaqdı.

Ona görə də, Rusiya sülhməramlıları bu cür təxribatların olmasında maraqlıdır. Bildiyiniz kimi, noyabrın 26-da 3 əsgərimiz şəhid olub, ancaq rus sülhməramlıları heç bir tədbir görməyib. Niyə? İş-işdən keçəndən sonra ruslar gəliblər ki, əraziyə nəzarət edəcəyik.

Bu, rusların bizə bəlli olan köhnə fəndlərindən biridir. Xatırlayırsınızsa, ötən əsrin 90-cı illərində də analoji hallar olurdu. Azərbaycan polisi Ermənistandan Qarabaöa gələn terrorçuları həbs edəndə, ruslar gəlib onların azad edilməsinə çalışırdı.

Azərbaycan iki kənddə xüsusi əməliyyat keçirəndən sonra Rusiya sülhməramlıları gəldi ki, burada yerləşəcəyik və dislokasiya xəritəsində də düzəliş etdilər. Azərbaycan ictimayyəti buna çox ciddi təpki göstərdi. Eyni zamanda, Türkiyənin milli müdafiə naziri Hülusi Akar məsələ ilə bağlı qəti fikirini bildirəndən sonra ruslar xəritəni dəyişdirməli oldu”.

Tərlan Eyvazov qeyd edib ki, Azərbaycan cəmiyyəti, o cümlədən, rəsmi şəxslər bundan sonra da sülhməramlıların yolverilməz hərəkətlərinə sərt reaksiya verməlidir:

“Öz təcrübəmdən çıxış edərək deyirəm ki, həmin ərazidə çox sayda erməni hərbçi və silah-sursat var. Onların tərksilah edilərək Ermənistana göndərilməsi ləngidilir. Rusiya bu işlə məşğul olmaq istəmir, bizə isə maneə törətməyə cəhd göstərir.

Lakin Rusiya və Ermənistan bilməlidir ki, onların qarşısında qalib ordu dayanıb. Şuşanı bıçaqla, tapança ilə azad edən ordunun qarşısında kimsə istədiyini edə bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv