Rusiyanın Ukraynadakı müharibədə itkilərinin sayı açıqlandı

media-hightechnic-468x90

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 257 470 hərbçisi məhv edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Sutka ərzində Rusiyanın 460 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın digər döyüş itkiləri 4 346 tank, 8 435 zirehli maşın, 5 245 artilleriya sistemi, 714 RYAS (reaktiv yaylım atəşi sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 304 operativ-taktiki PUA, 1 404 qanadlı raket, 18 gəmi/qayıq, 7 680 avtomobil və tanker, 790 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05