Rusiyaya qarşı köhnə qırıcılarla hücuma keçəcəklər

38669ABŞ hərbçiləri Konqresi A-10 Tanderbolt qırıcılarının silahlanmadan çıxarılması məsələsinə inandıra bilməyiblər.

ABŞ həmin texnikanı Rusiya aqressiyasına qarşı mübarizə aparmaq üçün Mərkəzi və Şərqi Avropaya göndərəcək. NATO-nun təlimlərində iştirak üçün artıq 12 ədəd A-10 qırıcısı Avropaya yola salınıb.

Bundan əvvəl isə daha 10 ədəd belə qırıcı Rumıniya və Çexiyaya göndərilmişdi.