!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusların Ukraynadakı müharibəyə yanaşması NECƏDİR? – SORĞU

!Reklam – Yazi

Sosioloji tədqiqatlar (həm Qərb, həm də Rus mənbələri) göstərir ki, Rusiya cəmiyyəti, ümumilikdə, Rusiya-Ukrayna müharibəsini reallıq kimi qəbul edib və ona uyğunlaşıb. Cəmiyyətin bir hissəsi sadəcə axına qoşulur, digər hissəsi isə öz həyatını yeni reallıqlara uyğun planlaşdırmağa çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə “Levada” Mərkəzinin sorğularında məlumatlar yer alıb.

Sorğular göstərir ki, rusiyalıların 66 faizi sabaha inamlıdır, 32 faizi isə bu inamı hiss etmir. Xüsusilə kasıb təbəqələr və təqaüdçülər sabahlarına daha çox narahatlıqla yanaşırlar. Ümumilikdə, cəmiyyətin 55 faizi Rusiyanın gələcəyi üçün sakitdir, 40 faizi isə müəyyən narahatlıqlar yaşayır.

Narahatlıqlar xüsusilə yüksək inflyasiya şəraitində artır. Rusiyanın gələcəyindən narahat olmayanlar, əsasən, gənclər, təminatlı təbəqələr və Moskva sakinləridir. Bununla yanaşı, rusiyalıların yalnız 5 faizi öz həyatını uzunmüddətli dövrdə, 11 faizi isə növbəti 5-6 il üçün planlaşdıra bilir. 34 faizi isə həyatını yalnız növbəti yarımil üçün planlaşdırır. Sorğuda iştirak edənlərin 43 faizi yarım ildən sonra başlarına nə gələcəyini təsəvvür edə bilmir.

Xüsusilə regionların və kiçik yaşayış məntəqələrinin əhalisi uzunmüddətli planlaşdırma aparmaqda çətinlik çəkir. Narahatlıqların artmasına insanların ağır borc yükü və maliyyə təhlükəsizliyinə dair ehtiyatlarının olmaması səbəb olur. İnsanlar arasında daha çox istehlakçılıq meylləri müşahidə olunur, nəinki qənaət etmək vərdişi. Bu da hazırda Rusiyanın içində olduğu maliyyə-iqtisadi vəziyyətlə bağlıdır.

Rusiyalıların 37 faizi bildirir ki, müharibədən əvvəl olduğu kimi yaşayır. 16 faizi yaranmış fürsətlərdən istifadə edərək həyatını yaxşılaşdırıb. 22 faizi deyir ki, sadəcə, yola verir və özünün və yaxınlarının minimum həyat şəraitini təmin etmək üçün hər kiçik şansı dəyərləndirir. Yalnız 16 faizi müharibə başlayandan bəri adi həyat tərzini dəyişdiyini qeyd edir. 6 faiz isə mövcud reallıqlara heç cür uyğunlaşa bilmir.

Müharibə rusiyalıların böyük əksəriyyətinin rifah səviyyəsinə mənfi təsir edib və normal həyatlarını davam etdirmək üçün daha çox işləmək məcburiyyətində qalıblar. Mütəxəssislərin qeyd etdiyi kimi, Rusiya cəmiyyəti artıq müharibəni adi bir reallıq kimi qəbul edir. Sülh arzusu cəmiyyətin böyük əksəriyyətində mövcuddur, lakin bu daha çox fon rolunu oynayır və hələlik əsas prioritet deyil.

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv