Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlandı

media-hightechnic-468x90

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Nabatkənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb, çayxananın icarədarı V.Həsənov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600