!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir - FOTO

!Reklam – Yazi

Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə “Ziraat Bank Azərbaycan ” ASC də qoşularaq, bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsinə dəstək vermişdir.

Xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir .

Ölkə olaraq keçdiyimiz bu çətin günlərdə Ziraat Bank Azərbaycan İqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv olaraq iştirak edir. Ziraat Bank tərəfindən özünüməşğulluq idarəsində kursu bitirərək peşə sahibi olan şəxslərə, gözəllik salonu, tekstil məhsullarının istehsalı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaqları üçün lazımi avadanlıqlar ilə təmin edilmişdir.

Bu günə qədər Bakı, Salyan, Sumqayıt, Mingəçevir və digər ərazilərdə yaşayan ailələrə öz işlərinin qurulmasında dəstək göstərilmişdir. Ümumilikdə paytaxt və bölgələrdə bir çox ailə özünüməşğulluq proqramı çərçivəsində Bankın dəstəyi ilə əhatə olunacaqdır.
Əlavə olaraq qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC “Türkiyə Ziraat Bank”-nın 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv