!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir Rüstəmxanlı gənclərlə görüşdü - VİDEO

!Reklam – Yazi

Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə ədəbiyyatsevər gənclər arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə gənclərlə yanaşı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, “Veteninfo.Az” İnformasiya Agentliyinin təsisçi və baş redaktoru Nahid Canbaxışlı, da olub.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Sabir Rüstəmxanlını təbrik edərək ona cansağlığı və Azərbaycan ədəbiyyatını yeni-yeni bədii nümunələrlə zənginləşdirən yaradıcılıq ruhunun heç bir zaman sönməməsini arzulayıb.

Daha sonra gənclərlə söhbət edən xalq şairi onların suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Sonda isə “Davam” Gənclər Hərəkatı adından təbrik plaketi Sabir Rüstəmxanlıya təqdim olunub.

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv