Sabir Rüstəmxanlı Neftçalada – 20 Yanvar şəhidlərinin abidəsini ziyarət etdi – FOTOLAR

61 saylı Neftçala seçki dairəsindən namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçalada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.