Sabirabadlı Kürə düşdü – Axtarışlarına başlandı

Sabirabad sakini Kür çayına düşüb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

COP29