Şabranda ov qaydalarını pozan Türkiyə vətəndaşı cərimələndi

media-hightechnic-468x90

Türkiyə vətəndaşı Şabran rayonunun Xəzər dənizi sahillərində ov qaydalarını pozduğuna görə cərimələnib.

Bu barədə Yenicag.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyənləşib.

Saxlanılan şəxslərin “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub, hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa