Sadiq Qurbanov: "İstilik təchizatı haqqında" qanunla texniki itkilər və resurs israfı azaldılacaq"

media-hightechnic-468x90

Azərbaycanda “İstilik təchizatı haqqında” qanunun qəbul edilməsi ilə ilk növbədə texniki itkilər və resurs israfı azaldılacaq.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müvafiq qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.

Bundan başqa, onun sözlərinə görə, yeni qanun xidmətin keyfiyyətinin artırılmasına, sosial obyektlərin və yaşayış fondunun fasiləsiz istiliklə təmin edilməsinə, ətraf mühitə təsirin azaldılmasına, enerji effektivliyinin artırılmasına, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulmasına, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsinə, “ağıllı sayğacl” və uçot sisteminin qurulmasına imkan verəcək.

“Sənəddə investorlar üçün risklərin azaldılması, onlar üçün sabit mühitin yaradılması da nəzərdə tutulub”, – deyə deputat əlavə edib./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600