Sahibə Qafarova İstanbula işgüzar səfərə getdi – FOTO

media-hightechnic-468x90

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri iyulun 21-də burada keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünə qatılacaq və bir sıra ikitərəfli görüşlər keçirəcək.

İşgüzar səfər iyulun 22-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600