“Samir Piriyev hələ də məni gözləyir”
Şou aləmində Aygünlə-Namiqin, Mir Yusiflə-Nigarın duetlərini kölgədə qoyacaq yeni bir duet gəlir.
Yeni duet Tünzalə Ağayeva və Samir Piriyevdən gəlir. Yeni layihələri üzərində hazırlaşan duet ortaqları bu haqda daha ətrafli məlumatı “Şoubizə” danışıb.
“Sözləri bizim türkiyəli həmkarımız Əhməd Şəfəqə aiddir – bir neçə il bundan qabaq bir şeir yazmışdı. Mahnı Samiri tapdı. Doğrudan da bu Samirin qismətiymiş. Samir istedalı bir müğənnidir. Hazırda aranjıman hissəsi bitib. Aranjıman isə məhz bizim dostumuz Bəbir Bəbirova məxsusudur. Artıq studiya işləri qalıb, Düşünürəm ki, Samir ona da klip çəkdirəcək. Onda bununla bağlı bir istəyi var. Samir Piriyev hələ də mənim onunla duet oxumağımı gözləyir”. (anspress.com)