!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiyalar Rusiya iqtisadiyyatını ÇÖKDÜRÜR?: "Bu ölkələr ilə ticarət əlaqələri..."

!Reklam – Yazi

“Son bir illik müharibə dövründə Qərb ölkələrinin atdığı addımlardan sonra Rusiya yeni idxal bazarları axtarışına çıxıb”.

Bu sözləri sanksiyaların təsirləri fonunda Rusiya iqtisadiyyatının hazırkı durumunu şərh edən Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı-professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən il rus rublu möhkəmlənsə də, yenidən zəifləməyə doğru gedir:

“Mövcud vəziyyətdə Rusiya iqtisadiyyatı inkişafdan geri qalıb. Belə ki, ötən il rus iqtisadiyyatının 2.1 faiz kiçilməsi müşahidə olunub. İqtisadiyyatda azalma ən çox ticarət, topdan satış, emal, daşınmalar, səhiyyə və sosial sahələrdə baş verib. Rusiya iqtisadiyyatı sanksiyalardan zərər görsə də, qazancları da olub. Xüsusən də Rusiya kənd təsərrüfatı, enerji resurslarının qiymətinin bahalaşması, daxili və xarici turizmin inkişafından əlavə gəlirlərin olması, dollarsızlaşmanın və qızıl ehtiyatlarının artması fonunda xeyli dərəcədə qazanc əldə edib. Sanksiyaların tətbiqinə baxmayaraq, ötən il neft hasilatı 2 faiz artıb. Bununla da neft ixracatı 7 faiz artıb. Lakin qaz hasilatında azalma müşahidə olunub.

Son bir illik müharibə dövründə Qərb ölkələrinin atdığı addımlardan sonra Rusiya yeni idxal bazarları axtarışına çıxdı. Nəticədə Türkiyə və Çin ilə ticarət partnyorluğuna başladı. Üçüncü yerdə isə Hollandiya dayanır. Bundan başqa, MDB ölkələri ilə ticarət əlaqələri yaxşılaşdırır. Bu ölkələrdən biri də Azərbaycandır”.

Gülşən Şərif

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv