“Sarı jiletli”lər “Google” şirkətinə girişi bağladı: Barrikadalar quruldu

“Sarı jiletli”lər Belçikanın Valonya mahalında yerləşən “Google” şirkətinə girişi bağlayıb.

Yenicag.az xəbər verir ki, sosial media üzərindən çağırış edərək aksiya təşkil edən etirazçılar şirkətin önündə barrikadalar qurub.

Aksiyaçıların 30-a qədər iştirakçısı etirazı keçirməkdə məqsədlərini açıqlayıb:

“Biz tələb edirik ki, şirkət xariciləri işlətməsin, qazandığı məbləğ qarşılığında daha çox vergi ödəsin və proqram təminatını yeniləsin”.

Qeyd edək ki, artıq 8-ci həftədir ki Belçikada etiraz aksiyaları davam edir. Nümayişçilər benzinin qiymət artımına qarşı etiraz edir.

COP29