Belçikada itkin düşdükdən bir neçə gün sonra meyiti tapılan Azərbaycan vətəndaşı Vüqar Rzanın nəşi Azərbaycana gətirlir.
Yenicag.az xəbər verir ki, onun nəşinin ölkəyə gətirilməsini Diasporla İş üzrə Dövlət Komitəsi təmin edib.
Dövlət Komitəsi meyitin gətirilməsinin maliyyə xərclərini öz üzərinə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl itkin düşdüyü üçün axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yanvarın 18-də yaşadığı qaçqın düşərgəsinin yaxınlığındakı su kanalında aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb. Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gedib və bu ölkədən sığınacaq istəyib.
www.yenicag.az