!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Savaşdan yadigar DEZİNFORMASİYA TOPLUMU: "Bu, Ermənistanın maraqlarına xidmət edir"

!Reklam – Yazi

“Ermənistanın maraqlarına xidmət edən xəbərlərə inanmaq olmaz”.

Bunu son günlər sosial şəbəkələrdə “yenə gərginlik yaşanır, şəhid və yaralılarımız var” tipli xəbərlərin yayılmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, doğru məlumatları Müdafiə Nazirliyi ictimaiyyətə çatıdırır:

“Cəbhədə Ermənistanla ciddi gərginlik müşahidə olunmur. Gərginlik rus sülhməramlıları ilə azərbaycanlı mütəxəssis və jurnalistlər arasında yaşanıb. Bu, mətbuatda geniş miqyasda işıqlandırıldı.

Cəbhədə ağır vəziyyətin olması, şəhid və yaralılarla bağlı xəbərlərin heç bir əsası yoxdur. Yayılmış dezinformasiyaları deyil, rəsmi xəbərləri izləmək lazımdır. Yalan xəbərlər erməni tərəfinin təxribatçı maraqlarına xidmət edir. Belə xəbərlərə inanıb paylaşaraq cəmiyyətdə təşviş yaratmaq olmaz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv