Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Savaşın diplomatik “cəbhə”si: “Ermənistana dəstək olan dövlətlərin iç üzü açılıb” - Politoloq

“Azərbaycan bu müddət ərzində siyasi-diplomatik müstəvidə prinsipial mövqe nümayiş etdirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsinin 1 ayı ərzində Azərbaycanın informasiya və diplomatik müstəvidə əldə etdiyi uğurları dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli

Elçin Mirzəbəylinin sözlərinə görə, ötən bir ay ərzində ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülüb:

“Burada iki istiqaməti əsas götürə bilərik: İnformasiya və diplomatik müstəvidə aparılan savaş. Bu savaşda Azərbaycan şübhəsiz ki, geridə qalan bir ay əzində kifayət qədər böyük uğurlara imza atdı.

Qeyd edim ki, bütün bu prosesin önündə Azərbaycan prezidenti, Ali Baş Komandan dayanıb. Onun cəsarəti media müstəvisində digər şəxslərə də daha cəsarətli informasiya siyasəti yürütməyə imkan yaratdı, stimul verdi.

Azərbaycan özünün haqq səsini dünyaya çatdıra bildi. Dünyanın bir sıra nüfuzlu telekanallarına və nəşrlərinə müsahibə verən dövlət başçısı özünün dəmir məntiqi ilə dövlətimizin haqlı mövqeyini ən yüksək səviyyədə ifadə etdi.

Eyni zamanda, Azərbaycan bu müddət ərzində diplomatik müstəvidə prinsipial mövqe nümayiş etdirdi. Ermənistanın mülki vətəndaşlarımızı atəşə tutan real siyasətinin gerçək mahiyyətinin dünyaya çatdırılması baxımından kifayət qədər ciddin addımların atıldığı qənaətindəyəm”.

Politoloq qeyd edib ki, bu müddət ərzində xarici siyasətdə də qətiyyətli mövqe nümayiş etdirilərək işğalçı Ermənistana dəsətək olan dövlətlərin və beynəlxalq qurumların iç üzü açılıb:

“Ölkənin xarici siyasətində daha qətiyyətli mövqenin ortağa qoyulduğunu və Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən bütün dövlətlərin, beynəlxalq təşkilatların iç üzünün, mahiyyətinin tamamilə açılaraq cənab Prezident tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusilə vurğulamaq lazımdır.

Əslində, bu gün baş verən proseslər informasiya siyasəti sahəsində, diplomatik müstəvidə Azərbaycana həm də böyük təcrübə qazandırır, ölkəmiz üçün yeni imkanlar açır. Qənaətimə görə, bu bir ay onillərə bərabər olan aydır”.

Aqil Bəkir

www.yenicag.az

845